22 Noyabr 2024 08:39

Şəhid  Ədalət Nüsrət oğlu Dəmirovu n  növbəti ad günü məzarı önündə qeyd olunub.

Azadsöz.az xəbər verir ki, Göyçay rayon Aşağı-Qaraməryəm kənd sakini 44  günlük  Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn     şəhid Dəmirov Ədalət Nüsrət oğlunun bugün cənnətdə ki, növbəti ad günü məzarı önündə  qeyd olunub.

Tədbirdə Göyçay Şəhid Ailələri, Qaraməryəm kənd sakinləri, şəhidin ailə üzvləri, və yaxınları iştirak ediblər.

Qeyd edək ki; 2001-ci ilin 9 noyabr tarixində də anadan olan Ədalət orta məktəbi Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində bitirib. Ali təhsil almaq, həyatda özünə sənət qazanmaq arzularından öncə hərbi xidmətini başa vurmaq istəyib. 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün Göyçay rayon Səfərbərlik Xidmətindən hərbi xidmətə yola düşüb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb. Ə.Dəmirov Vətən müharibəsi başlayandan bir neçə gün sonra – oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib. Atası Nüsrət Dəmirov deyir ki, sonuncu dəfə Ədalətlə sentyabr ayında danışıblar: “Onda səhhətinin yaxşı olduğunu, xidmətinin bitməsinə az qaldığını söylədi. Onda heç kim bilmirdi müharibə olacaq. Sentyabrın 27-də müharibə başladı. Daha onunla danışa bilmədik. Sonuncu dəfə qonşudakı dostuna zəng vuraraq müharibəyə getdiyini deyib. Dostuna tapşırıb ki, evdəkilərə demə, qoy narahat olmasınlar”.

 

Ədalət Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olması ilə bağlı xəbəri alanda atası Füzuli rayonuna yollanıb, oğlunun cəsədini axtarıb. “Həlak olanların cəsədini gətirib Füzulidəki xəstəxananın həyətinə yerləşdirirdilər. Ədalət minomyotla vurulmuşdu. Övladımı müəyyənləşdirmək üçün qan analizi verdim. 10 gün analizin cavablarını gözlədim. “Sen get, cavab olunca sənə zəng edəcəyik”- deyə bildirdilər. Zəng gəlmədikcə “yəqin oğlum sağdır” deyə ürəyimdə düşünürdüm. Amma vaxt uzandıqca gözləyə bilmədim, yenidən Füzuliyə yolandım. Ədalətin meyitini həlak olan hərbçilərin arasından tapdım. Oğlum şəhid olmuşdu…”

 

Anası Ruhiyyə xanım oğlunun vətən yolunda şəhid olmasından qürur duyur: “Ədalət torpaqlarımızın azadlığı uğrunda döyüşüb və şəhid olub. Yeganə təsəllim budur. Bir ana kimi oğlumun yoxluğu mənim üçün ağırdır. O evin yeganə oğlu idi. Evin hər yerində onun xatirələri var”.

 

Bibisi Nurə Əsədova üçün də qardaşı oğlunun Vətən uğrunda şəhid olması yeganə təsəllidir: “Ədalət çox tərbiyəli və saf uşaq idi. Əsgərlikdə olanda da mənə tez-tez zəng edir, hal-əhval tuturdu. Dəfnində bütün kənd camaatı göz yaşı tökürdü. Elə təmizliyinə görə də Tanrı onu şəhidlik zirvəsinə qaldırdı”. Bibisi danışır ki, Ədalət ata-anasının zəhmətinə dəyər verən övlad olub: “Bir dəfə rayon mərkəzinə dostları ilə gedəndə atası ona 10 manat vermişdi. Amma o, bu pulu xərcləməyib gətirmişdi. “Ata, sən bu pulu çox əziyyətlə qazanmısan. Mən onu xərcləyə bilmədim” deyə atasına qaytarmışdı. Bu kimi xüsusiyyətlərinə görə qohum-qonşu da, dost-tanışı da onu çox sevirdi”.

 

Ədalət noyabrın 9-da – Bayraq Günündə doğulmuşdu. “Əgər icazə versələr, ad günümü gəlib evdə qeyd edəcəyəm” deyirmiş. Amma noyabrın 2-də şəhid olması xəbəri gəlib. “Ədalət 19 yaşını məzarda qeyd elədi. O, qəhrəmanlıqla həlak oldu. Vətən qarşısında borcunu canı ilə ödədi. Bircə təsəllim odur ki, şəhidlər Tanrının yanında cənnət müjdəçisidirlər. Onlar ölmürlər, zirvəyə yüksəlirlər”- bibisi deyir.

 

Aşağı Qaraməryəm kəndinin camaatı şəhidini yüksək dəyərləndirir. Onlar pul toplayaraq Ədalətin şəklini kəndin girişində əbədiləşdiriblər. Adına bulaq yaradıblar, ətrafı işıqlandırıblar: “Kənd camaatı kəndin yeganə şəhidinə son borclarını verirlər. Onun ruhu qarşısında baş əyirlər”.

 

Ə.Dəmirov döyüşə yollananda sonuncu dəfə dostu Davud Babayevlə telefonla danışıb: “Ədalət mənim həm dostum, həm ən yaxşı sinif yoldaşım idi. Demək olar ki, mənə qardaş əvəzi idi. Nə sıxıntım olsa, onunla bölüşəndə rahatlıq tapırdım” deyə D.Babayev dostundan qürurla söhbət açır: “Ədalətlə uşaqlıqdan bir yerdə böyümüşdük, bir oynayıb, bir gülmüşdük. Qəmimiz də, sevincimiz də bir idi. Məktəb illərində çox sakit, tərbiyəli şagird kimi bütün kollektivin rəğbətini qazanmışdı. Ədalət tərbiyəsi, əxlaqı ilə seçilirdi. O, həmişə sakitliyi sevirdi. Heç vaxt heç kimlə işi olmazdı. Uşaqlar arasında münaqişə düşəndə həmişə aralayardı, sülhsevər biri idi. Ən çox futbola marağı vardı. Hər futbol oynayanda “Məni də gözləyin, başlamayın ha…” dediyi daim qulağımda səslənir. İdmandan başqa 2 -ci hobbisi balıq tutmaq idi. Hamıdan çox balıq tutmaq istəyirdi. Həmişə deyərdi ki, mənsiz balığa getməyin. İstədiyi hər şeyə can atırdı. Mərd idi, düzgünlüyü sevirdi, heç vaxt yalan danışmazdı. Həm də zarafatcıl idi, qəribə gülüşü vardı. Heç vaxt o sima yadımdan çıxmaz. Hər gün dərsə gələndə maraqlı təəssüratlar danışardı. Arada müəllim hirslənərdi. Müəllimlərə çox hörməti vardı. Oxuduğu müddətdə heç bir müəllimə söz qaytarmazdı. Bu da onun ailə tərbiyəsindən irəli gəlirdi”.

 

Dostu danışır ki, Ədalət məktəbdə oxuyanda hərbi hazırlıq dərsini daha çox sevirmiş: “Hərbi hazırlıq dərslərinə xüsusi marağı vardı. Məhz bu marağı onun vətənpərvər yetişməsində böyük rol oynadı. Ədalət döyüşə gedən gün mənə zəng vurdu. Həmişəkindən fərqli danışırdı, sanki Şəhadətə yüksələcəyini bilirdi. “Görüşmək ümidi ilə” deyib telefonu söndürdü. Təəssüf ki, görüşə bilmədik. Bu, axırıncı danışığımız oldu, ondan sonra onun səsinə həsrət qaldıq.

 

Ədalətin şəhid olması tək ailəsini deyil, bizi də sarsıtdı. Hərdən elə bilirəm ki, nə vaxtsa gələcək, sanki şəhid olmayıb, bir gün zəng edib “mən sağam” deyəcək, bizlə həmişəki kimi danışacaq”. D.Babayev dostunun itkisinə nə qədər çox üzülsə də, onun Vətən uğrunda şəhid olmasından qürur duyur: “Nə qədər sarsıdıcı olsa da, bir o qədər də fəxr edirəm ki, mənim dost dediyim şəxs bu gün Allah yanında ən uca zirvədədir – şəhidlik məqamına sahibdir.

 

O, nəinki ailəsinin, hər birimizin, bütün Azərbaycan xalqının qəlbində xüsusi yer tutur. Məhz belə qəhrəmanlarımız sayəsində illərlə həsrətində qaldığımız doğma yurdumuza – Qarabağımıza qovuşduq.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Ədalət Dəmirov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

İstanbul trv istanbul travestileri