Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun “Sabir bağı” adlanan ərazisində “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş bayram konserti keçirildi.
Bayram tədbirində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, kənd inzibati ərazi dairələri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlarların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay Rayon Uşaq Gənclər Yaradıcılıq Birliyinin rəqs kollektivinin və Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında maraqlı konsert proqramı təqdim olunub.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev