27 İyul 2024 04:48

Göyçayda “Sənə zəfər yaraşır Azərbaycan” adlı tədbir keçirilib-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, 7 noyabr  2023-cü  il  tarixində Göyçay  rayon Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbində 8 noyabr Zəfər gününə həsr olunmuş “Sənə zəfər yaraşır Azərbaycan” adlı məktəb tədbiri keçirilib.

Tədbirdə məktəbin direktoru Aynur Mahmudova başda  olmaqla müəllim kollektivi, şagirdlər, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, Ulaşlı-Şıxlı və Potu  kənd klubu, Göyçay şəhər Mədəniyyət mərkəzinin  əməkdaşlar iştirak  ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  giriş  sözü  ilə açan  məktəbin direktoru Aynur Mahmudova  Zəfər Günü münasibətilə iştirakçıları  təbrik edib.Bildirib ki, Azərbaycan xalqının güclü iradəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və yüksək şücaəti, ordumuzun, əsgər və zabitlərimizin igidliyi, xalqımızın birliyi bizə bu tarixi zəfəri yaşadıb.

Daha sonra Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov  çıxış  edərək,  8 noyabr  tarixi  gün ilə  bağlı  xoş sözlərini, təbriki bildirib.Allahdan bütün şəhidlərə rəhmət,qazilərimizə cansağlığı arzulayıb.

Sonra  tədbir  Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında maraqlı konsert proqramı  ilə davam  edib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev