23 Noyabr 2024 18:53

Xaçatryana 15 il həbs cəzası verildi

Azadsöz.az  xəbər  verir  ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Bununla da cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul