Məlum olub ki, həmin şəxslər örüş sahələrindən oğurladıqları mal-qaranı A.Sarxanovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə müxtəlif rayonların ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Həmin şəxslər saxlanılarkən Ramil Əliyevin üzərindən “Makarov” tipli tapança və həmin silaha aid 3 ədəd patron aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Əliyevin həmin odlu silahı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi digər şəxsdən, Salyan rayon sakini, əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Rövşən Mehtiyevdən əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilən R. Mehtiyev həmin odlu silahı artıq vəfat etmiş atasından əldə etdiyini bildirib.

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.