27 İyul 2024 04:16

Təmizlik işçiləri poliqona cəlb olundu-FOTO

Azadsöz.az xəbər verir ki, 3 noyabr  2023-cü il  tarixdə  Göyçay rayon Sanitar-Təmizlik İdarəsinin  təmizlik  işçiləri  növbəti  səliqə-sahman  işlərini aparmaq  üçün rayonun Qarabaqqal kənd ərazisində  yerləşən  poliqona cəlb olunublar.

Gündəlik  olaraq  rayonun prospekt və  küçələrindən daşınaraq poliqona yığılan  məişət  tullantılarının zərərsizləşdirilməsi  işi  görülüb.

Belə ki,  texnikanın  və  canlı  qüvvənin köməkliyi  ilə ərazidə olan  məişət  tullantıları, şüşə, plastik  butulkalar və polietilen torbalar  bir yerə  toplanıb, təmizlik  maşınlarının poliqona  rahat şəkildə  giriş-çıxışına  şərait  yaradılıb.

Qeyd  edək  ki, ekoloji tarazlığın qorunması, eyni zamanda  təbiətə qayğı hissinin güclənməsi baxımından  Sanitar-Təmizlik  İdarəsi  tərəfindən  rayon daxilində  və  poliqon ərazisində  təmizlik  işləri gündəlik olaraq  aparılır.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev