Azadsöz.az xəbər verir ki, Xaçmazda 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Qeyd edək ki, iki gün əvvəl Mafizə Şirinbalayevanın meyiti Xaçmaz şəhəri ərazisində tək yaşadığı evdə aşkarlanmışdı.
Faktla bağlı araşdırmalar aparılır.