08 Sentyabr 2024 05:17

Şəhid Ədalət Dəmirovun şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Ədalət Nüsrət oğlu Dəmirovun şəhadətə qovuşmasının üçüncü ildönümü Göyçay rayon   Aşağı Qaraməryəm kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri,  Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi,  şəhid ailələri, dindarlar, ağsaqqallar,  kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.Bildirdilər  ki, 7 sentyabr və 10 noyabr! Bu rəqəmlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan uğurlu rəqəmlərdir. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı günlərdir. 27 sentyabr Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi  cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. Qeyd edilib ki,  illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Ədalət Dəmirov  qəhrəmanlarımız daim qəlblərdə yaşayacaq. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqları vurğulanıb. 

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki,  Ədalət Nüsrət oğlu Dəmirov 2001-ci il  9 noyabrda Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan  Vətən müharibəsindən iştirak  edib.Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasında  şücaət göstərib. Oktyabrın 22-də Cəbrayıl rayonu istiqamətində  gedən döyüşlərdə  şəhidlik  zirvəsinə ucalıb.Nəşi sonradan müəyyən olunub. Noyabrın 2-də doğulduğu Aşağı Qaraməryəm kəndində dəfn  olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən,  Ədalət Dəmirov  “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və  “Cəsur döyüşçü”    medalları ilə təltif edilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev