Naxçıvanda yeni nazirlik yaradıldı

-
Estimated read time 1 min read

Azadsöz.az xəbər verir k, Naxçıvan Muxtar Respublikasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb.

Bununla bağlı Naxçıvan MR-in Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb.

A.İbrahimovun digər sərəncamı ilə Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası R.Ələkbərliyə həvalə olunub.

Bəyənin