23 Noyabr 2024 07:36

Bu marşrut xətləri “BakıKart”a qoşulacaq

Azadsöz.az xəbər verir k, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə xidmət göstərir.

Bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib.

“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb. Bununla yanaşı 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.
 

Ankara escort İstanbul Travesti Shemale İstanbul