08 Sentyabr 2024 03:19

Ağsuda yük avtomobili aşdı – Ölən var

Azadsöz.az xəbər verir ki, oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində yol qəzası olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  verilən  məlumata  görə, “Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.