19 Sentyabr 2024 05:34

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Azadsöz.az xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Amid Ədalət oğlu Dəmirov və 1966-cı il təvəllüdlü Qiyas Bünyat oğlu Cabbarov xəsarət alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com