19 Sentyabr 2024 06:06

Prezident İlham Əliyev Tokayevə başsağlığı verib

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndəib.
Məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com