29 Noyabr 2024 20:46

Gəncədə atılan bacı-qardaşı anaları geri istəyir

Azadsöz.az xəbər verir ki, 2 yaşlı və 3 aylıq körpənin anaları, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib.

Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib.

Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və sabah onun övladları Bakı şəhərində yerləşən Körpələr evinin birinə yerləşdiriləcək.

Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 2 yaşlı oğlan nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 3 aylıq qız nəvəsini də gətirərək hər iki uşağı İcra Hakimiyyəti əməkdaşlarına verib və qızının övladları olan bu uşaqlara baxmaq istəmədiyini bildirib.

Qeyd edək ki, analoji hal qadının ilk övladı olan zaman da başverib. Belə ki, ozaman da nənə qızının övladına baxmadığını qeyd edib. (Report)

Ankara escort İstanbul Travesti Shemale İstanbul