16 Sentyabr 2024 23:09

“Hər şey yaxşıdır ata narahat olmayın gedirik irəli”: Şəhid İntizam Qaçayevin şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün 44 günlük Vətən  Müharibəsində şəhid olan İntizam Qaçayevin  şəhadətə qovuşmasından üç il ötür.İntizam Əkbər oğlu Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub.2008-ci ildə Ceyhun İbrahimov adına  2-ci Ərəbcəbirli  kənd ümumi orta məktəbinin birinci  sinifinə  gedib, 2017-ci  ildə həmin  məktəbin doqquzuncu  sinfini  bitirmişdir. 

İntizam Qaçayev 2020-ci il  yanvarın 8-də  Həqiqi  hərbi  xidmətə  yollanaraq, xidmətini Ağcabədi şəhər  704 N saylı hərbi  hissəsində keçmişdir. Doqquz  ay hərbi xidmətdə olduğu müddətdə manqa komandiri olmuşdur.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan  Vətən müharibəsində iştirak  edərək, Füzuli,  Cəbrayıl və  Qubadlı   istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir.

Oktyabrın 23-də  Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə düşmənlə üz üzə döyüş zamanı şəhid olmuşdur.Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində dəfn  olunmuşdur.

Xatırladaq ki, Prezident  İlham Əliyevin Sərəncamına əsasən  İntizam Qaçayev  ölümündən sonra  “Füzulinin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə”  “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları ilə  təltif  edilmişdir.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev