16 Sentyabr 2024 23:13

Şəhid Sənan Məmmədovun şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, bu  gün qanı  ilə  tarix  yazaraq  şəhidlik  zirvəsinə  ucalan  Sənan Məmmədovun şəhadətə qovuşmasından üç il ötür.

Məmmədov Sənan Tehran oğlu  2000-ci il iyulun 27-də Bakı  şəhəri, Sabunçu rayonunda  anadan olub.İlk  təhsilini  81  saylı  tam  orta  məktəbdə  alıb.Yeddinci sinifdə oxuyarkən ailəsi ilə birgə  Göyçay rayonunun Çaxırlı kəndinə köçərək  təhsilini burda  davam etdirib.

2020-ci il sentyabrın 27-də başlayan  Vətən müharibəsində  Sənan Məmmədov  həqiqə  hərbi  xidmətdə olan zaman  cəbhənin Xocavənd, Füzuli  və Hadrut istiqamətində  döyüşə  qatılıb.Oktyabrın 21-də  Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Çaxırlı kəndində  dəfn  olunub.

Prezident  İlham Əliyevin sərəncamına  əsasən  Sənan Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”  medalları  ilə təltif edilib.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev