19 Sentyabr 2024 05:14

Məşhur aktyor vəfat edib

Azadsöz.az xəbər verir ki, “Rokki” film seriyasının ulduzu, boksçu Rokki Balboanın dostu və qayını Poli Pennino obrazı ilə tanınan Bert Yanq dünyasını dəyişib.

Bu barədə əfsanəvi aktyorun qızı Enn Morea Ştaynhizer “New York Times” (NYT) nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, atası oktyabrın 8-i 83 yaşında Los-Ancelesdə vəfat edib.

Qızı aktyorun ölüm səbəbini açıqlamayıb.

Xatırladaq ki, Rokki 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülüb.

Filmdə uydurulmuş boksçu Rokki Balboanın (Silvestr Stallone canlandırıb – red.) həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi “Boks Kralı” Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com