08 Sentyabr 2024 04:50

Şəhid Elnur Əliyevin şəhadətə qovuşmasının üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elnur Ərəstun oğlu Əliyevin  şəhadətə qovuşmasının üçüncü ildönümü  Göyçay şəhər Şəhidlər Xiyabanında  şəhidin məzarı önündə qeyd olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi,  şəhid ailələri, dindarlar, ağsaqqallar, ictimayyət nümayəndələri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Anım günündə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Çıxış  edənlər  bildiriblər  ki, 2020-ci il   sentyabrın  27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, Azərbaycan xalqının böyüklüyünün  və  müdrikliyinin   bir daha şahidi olduq.Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, Şəhid Əliyev Elnur Ərəstun oğlu 10.02.2000-ci il tarixdə Göyçay rayonunun Potu kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 13.04.2020-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 19 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev