19 Sentyabr 2024 04:54

Göyçayda keçiriləcək 15-ci “Nar Festivalı” ilə bağlı-MƏLUMAT

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  2023-cü il  noyabrın  11- 12  tarixində  Göyçay Şəhər stadionda və Əli Kərim  Parkında  15-ci “Nar Festivalı” keçiriləcək.

İki gün   davam  edəcək  “Nar Festivalı”-da  rayonda  narçılıqla məşğul olan kənd  sakinlərinin  yetişdirdiyi məhsullardan hazırlanmış məhsulların  sərgisinə baxış keçiriləcək. Əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxılacaq.

Bununla yanaşı  nar və nar məhsullarının satış-yarmarkası  təşkil olunacaq.Festivalda rayon mədəniyyət evinin musiqi kollektivinin, məktəblilərdən ibarət mahnı və rəqs qruplarının, kəndirbaz və idmançıların bayram tədbirində çıxışı  gözlənilir.

Qeyd   edək  ki, festivalın rəsmi  hissəsindən  sonra Göyçay Şəhər stadionda tanınmış incəsənət ustalarının təqdim etdikləri konsert proqramı təqdim  olunacaq.

Sonda  atəşfəşanlıqla bayram  tədbiri  başa çatacaq.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com