03 May 2024 16:30

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Şəmistan Əzizovun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Azadsöz.az xəbər verir ki, 15 oktyabr 2023-cü il tarixdə rayonun Qaraxıdır kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əzizov Şəmistan İlyas oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Mərasimdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Şəmistan Əzizovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Əzizov Şəmistan İlyas oğlu 06.12.1993-cü il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 29.09 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.