19 Sentyabr 2024 05:55

Yardımlıda özünüməşğulluq proqramı uğurla davam etdirilir

Azadsöz.az xəbər verir ki, Yardımlı rayonunda özünüməşğulluq proqramı uğurla davam etdirilir, aktivlərdən nümunəvi istifadə edənlərin fəaliyyəti stimullaşdırılır.

Yardımlı rayonunda əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Lənkəran Astara RMF Yardımlı rayon Xidməti şöbəsinin müdiri

Qasımov Elvin Fikrət oğlu Mütəxəssislər
Kərimov Abdulkərim Mikayıl oğlu
Qəniyev Əfqan Xanış oğlu

İşsiz və işaxraran vətəndaşların kənd təsərrüfatı və istehsal xidmət sahələri üzrə özünü məşğulluq proqramlarına cəlb olunması ilk növbədə Şəhid ailesi üzvləri, Əlilliyi olan şəxslər, cəzaçəkmə müəssisəsindən azad olunanlar, Vətən mûharibəsi veteranları, Müharibə zamanı xəsarət almış və əlil olmuş işsiz və işaxtaran şəxslər və onların işləməyən ailə üzvləri, bir ildən yuxarı işsiz kimi qeydiyyatda olan aztəminatlı şəxslər növbəlilik ûzrə ictimai işlərə cəlb olunması tədbirlərini daima davam etdirilməsinə çalışırlar.

İşsiz və işaxtaran şəxslərin istədikləri peşələr üzrə kurslara yönləndirilməsi, işədüzəltmə tədbirləri, işsiz və işaxtaran şəxslərə vakansiyalar haqqında məlumatların verilməsi və boş iş yerlərinə göndəriş verməsi, vətəndaşların müraciətlərinin qəbulu, diqqətlə araşdırılması və cavablandırılmasına əlverişli zəmin yaradıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran- Astara RMF Yardımlı rayon Xidmət şöbəsi tərəfindən zəruri tədbirlərin icrası bu gün də uğurla davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində, özünüməşğulluq proqramı mühüm əhəmiyyətə malikdir.

Xidmətin müdiri Qasımov Elvin Yardımlı rayonunda sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, dövlət proqramlarının icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradılıb. Qasımov. E bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Sonda Yardımlı rayon Xidmət şöbəsinin mütəxəssisi Kərimov Abdulkərim Mikayıl oğlu sosial qayğıya ehtiyacı olan şəxslər adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Əlavə olaraq Qəniyev Əfqan Xanış oğlu bildirdi ki, özünə məşğulluq proqramlarına cəlb olunmuş və aktivlər verilmiş vətəndaşların dövrü monitorinqinin keçirilməsi və təsərrüfatlarını genişləndirilən vətəndaşların qiymətləndirilməsi və kiçik sahibkar kimi yetişməsində maarifləndirmə işləri tərəfimizdən daima aparilır.

Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirənlərə Nazirlik tərəfindən həvəsləndirici tədbirlərin etdirilməsi nəzərdə tutulub.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com