19 Sentyabr 2024 05:28

Gizir şəhidimiz Pərvin Məmmədovun üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qanı ilə  tarix  yazaraq şəhidlik  zirvəsinə  ucalan Gizir şəhidimiz Pərvin Məmmədovun üçüncü ildönümü Göyçay  rayonunun  Yeniarx kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri,  hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri  və şəhidin ailə üzvləri iştirak  ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Gizirimizin anım günündə  çıxış  edənlər   şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan Pərvin Məmmədovun döyüş yolunun gələcək nəsillərə örnək olacağını, göstərdiyi şücaətin heç zaman unudulmayacağını qeyd ediblər. Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, Pərvin  kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu dilə gətiriblər.Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıblar.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq  ki, şəhid Pərvin Məmmədov 1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub.2017-ci  ildə “Gizirlik hazırlıq  kursu” na qəbul  olur,  həmin  kursu  bitirərək Gizir  rütbəsi  alıb, vətənə  layiqli xidmətə  başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ağdərə  istiqamətində gedən döyüşlərdə iştirak  edib.Oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub.Göyçayda Yeniarx kənd qəbirstanlığında dəfn edilib.

Ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamı ilə“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev




kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com