16 Sentyabr 2024 22:57

Şəhid Rüfət Mayılovun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Azadsöz.az xəbər verir ki,  30 sentyabr 2023-cü il tarixdə rayonun Kürdəmiş kəndində İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Mayılov Rüfət Bəhram oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Rüfət Mayılovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Şəhid Mayılov Rüfət Bəhram oğlu 31.01.2001-ci il tarixdə Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuşdur. 03.04.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmış, 30 sentyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.