Azadsöz.az xəbər verir ki, Şuşa şəhərini Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirən avtomobil yolu gələn ilin I rübündə tamamlanacaq.
Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
“Bir çox tunelləri və keçidləri özündə ehtiva edən sözügedən yol sürətli kommunikasiyanın yaradılmasına öz töhfəsini verəcək”, – deyə o qeyd edib.