08 Sentyabr 2024 05:18

Şəhid Elvin Məmmədovun üçüncü ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki,  torpaqlarımızın  ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Elvin  Məmmədovun  üçüncü ildönümüdür.

Məmmədov Elvin Mübariz oğlu 1996-cı il fevralın 26-da Göyçay rayonunun Ləkçıplaq kəndində  anadan olub. Orta təhsilini Ləkçıplaq kənd tam  orta  məktəbdə  alıb.

2020-ci il 27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq ön cəbhəyə yollanıb.Oktyabrın 1-də Ağdərə uğrunda gedən döyüşdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlib.Ləkçıplaq kənd qəbirstanlığında  torpağa  tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” , “Laçının azad olunması” , “Suqovuşanın azad olunması”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif   edilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev