27 İyul 2024 03:54

Separtizm bitib, birgəyaşayışın ilk addımları atılır

Azadsöz.az xəbər verir ki, Erməni separatizmi son 30 ildə sürətlə azğınlaşırdı. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı onları daha da “ruhlandırır”dı. Bu azğınlığın nəticəsi idi ki, Nikol Paşinyan 2019-cu ildə Xankəndidəki çıxışında bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Daha sonra Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilərlə işğalda hədələdi. Gedişat isə onların bəyanatlarında dedikləri kimi yox, Azərbaycanın müəyyən etdiyi kimi oldu.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi zəfər qazanaraq işğal altında olan ərazilərini azad etdi. Bundan sonra da Azərbaycan yenə yerdə qalan məsələlərin danışıq və sülh yolu ilə həllinə çalışdı. Əvəzində isə ermənilər öz xislətlərindən yayına bilmədilər. Növbəti dəfə separitzm meyilləri alovlandırılmağa başladı, amma bu dəfə Azərbaycanın səbri 30 il gözləmədi. Artıq məsələləri yerindəcə həll etmək məqamı zərurətə çevrildi, separatizmə birdəfəlik son qoymaq lazım idi.

Belə də, oldu! Azərbaycan bir gün davam edən antiterror tədbirləri ilə Qarabağda separtizmə birdəfəlik son qoydu. Artıq Azərbaycan mərkəzi hakimiyyəti ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında müzakirələr aparılır, Yevlaxda görüşlər keçirilir. Ermənilər ehtiyacı olan yardımları Azərbaycandan istəyir, kömək umurlar, artıq onlar da anlayırlar ki, keçmiş separatçı rejim onları nə qədər çətin vəziyyətə salıb.

Xankəndidə artıq Azərbaycan polisi hərəkət edir, Qarabağ erməniləri Azərbaycan ın humanizmindən danışır. Azərbaycan polisi, əsgəri, sərhədçisinin onlara kömək etməsi onları bir xeyli təccübləndirir. Bu da birbaşa olaraq ermənilərdə düşmənçiliyin daha yüksək olmasından yaranıb. Mental olaraq iki millət arasında olan kəskin fərq özünü bu gün də göstərir. 30 il əvvəl həmin ərazilərdən zorla, təhqir, təqib olunaraq, öldürülərək, gülləboran altında çıxan bir xalqın nümayəndələri bu gün ermənilərə su, qida təqdim edirlər, kömək edirlər.

Bölgəni nə gözləyir?

Artıq vəziyyət stabilləşməyə doğru sürətlə gedir. Azərbaycan öz süverenliyini tam təmin edib. Qarabağ ermənilərinin reinteqrasiya planı hazırdır və proses start götürüb də deyə bilərik. Seperatçılar bölgəni tərk edirlər, hətta xunta rejimin Azərbaycana qarşı cinayətlər törətmiş bir neçə nümayəndəsi də həbs olunub. Proseslərin gedişatı onu göstərir ki, hadisələr yenə də Azərbaycanın cızdığı plan üzrə cərəyan edir. Azərbaycana təzyiq etmək və bu planları pozmaq istəyən xarici dairələr isə heçnə əldə edə bilmədi. Ölkəmiz bir daha bütün dünya qarşısında siyasi iradə nümayiş etdirməyi bacardı.

İndi isə Azərbaycan 30 illik işğala məruz qalmış ərazilərinin bərpası ilə məşğul olmaq, öz vətəndaşlarının təhlükəsizliyini, ərazilərin minalardan təmizlənmə prosesini sürətləndirmək, əsas diqqəti bu istiqamətlərə yönəltməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi də Qarabağda yaşamaq istəyən erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul edərək yaşaya bilərlər.

Artıq Qarabağda birgəyaşayış üçün ilk addımlar atılır, tezliklə infrastruktur, huqiqi baxımdan da vacib olan tədbirlər görüləcək.