08 Sentyabr 2024 03:22

Naxçıvan “Yaşıl enerji” zonası elan edilib

Azadsöz.az xəbər verir ki, bu gün günəşli günlərin sayına görə Naxçıvan qabaqcıl yerdə tutur.

Bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

“Naxçıvan “Yaşıl enerji” zonası elan edilib. Yəni Naxçıvan enerji istehsalı və onun Türkiyə vasitəsilə Avropa bazarına çıxarılması baxımından unikal imkanlara malikdir. Biz isə bu imkanlardan istifadə edəcəyik”, – deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.