08 Sentyabr 2024 03:19

Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 30 ildən sonra nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov bu gün İkinci Fəxri xiyabanda dəfn olunub.

Mərasimdə dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, müharibə veteranları iştirak edib.

Dəfn zamanı şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin Riad Əhmədovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşüb.Ondan sonra onun yeri uzun illər müəyyən olunmayıb. Bu ilin sentyabrında onun nəşinin tapıldığı elan edilib.

Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB