19 Sentyabr 2024 05:14

Şəhid İntiqam Şirəliyevin üçüncü ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az xəbər  verir  ki, torpaqlarımızın  ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İntiqam Şirəliyevin  üçüncü ildönümüdür.

 İntiqam Bəxtiyar oğlu Şirəliyev 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub.Orta  təhsilini Göyçay rayon  Mübariz Məmmədov adına Potu kənd tam orta məktəbdə alıb.2016-cı ildə  Həqiqi  hərbi  xidmətə  çağrılıb. Xidmətini Azərbaycan Hərbi Dəniz Qüvvələrində  nümunəvi  əsgər  kimi  başa vuraraq, 2017-ci ildə hərbidən təxris olunub.2019-cu ilin dekabr ayında  öz  istəyilə  yenidən  hərbiyə  qayıdaraq  iki  ay  təlim  keçdikdən sonra  MAXE kimi hərbidə işləməyə başlayıb.

O, top komandiri  kimi  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın-29-da  Kəlbəcər rayonu istiqamətində gedən döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Səbuhi Eltonlu 

Gülşən Muradova

Zəka  Nağıyev

 

Biz onları unutmadıq! unutdurmarıq!..

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com