Azadsoz.az xəbər verir ki, hadisə noyabrın 9-da saat 21 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisinin keçən hissəsində qeydə alınıb.
Belə ki, Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Azadsöz.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Səbuhi Eltonlu