19 Sentyabr 2024 04:51

Ağır yaralansa da, döyüşü tərk etməyib şəhid olan Fərid Nadirovun mövlud günüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Fərid Nadirovun mövlud günüdür. Fərid İlyas oğlu Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay  rayonunun Üngütlü kəndində anadan olub.

İlk orta  təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yollanıb.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayıb və ailəsinə bildirib ki, üç yüksəklik alınıb. İgidimiz oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd  edək ki, şəhidimiz  ailədə  bir bacı, bir qardaş olublar. O, nişanlı idi. Əsgərlik xidmətini tam olaraq bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı. Valideynlərinin sözlərinə görə, onlar igid övladı ilə 2 ay müddətinə yaxın əlaqə saxlaya bilməyərək heç bir xəbər əldə edə bilməyiblər. Nəhayət ki, F.Nadirovun şəhidlik xəbəri onların ailəsinə verilib.  Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, Fərid Nadirov  Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, ölümündən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni   və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Fərid Nadirov: Yüksəkliklərin azad olunmasını ailəsinə ...

Fərid Nadirov: Yüksəkliklərin azad olunmasını ailəsinə müjdələyib, şəhid olan igidimiz

Goycay City - Şəhidimiz Nadirov Fərid İlyas oğlu. Fərid... | Facebook

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com