19 Sentyabr 2024 04:16

“Radikal müxalifət lokal antiterror tədbirlərinə münasibətdə riyakarlıq nümayiş etdirir” – Birinci vitse-spiker

Azadsöz.az xəbər verir ki,  bu gün AXCP-nin sədri Kərimov Əli paylaşdığı postda Azərbaycanın Qarabağda başladığı antiterror tədbirlərinə münasibət bildirərkən riyakarcasına bu tədbiri üçüncü Qarabağ müharibəsinin başlanması kimi qələmə verməyə çalışıb. Bu, ictimai düşüncəyə və Azərbaycanın dövlət maraqlarına tam zidd olan bir mövqedir və ictimai fikirdə, o cümlədən beynəlxalq səviyyədə ölkəmizi gözdən salmaq cəhdidir.

Bunu Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli deyib.

O bildirib ki, AXCP liderinin yanaşmaları Azərbaycanı guya Ermənistana qarşı işğalçı müharibəyə başladığına və Qarabağda yaşayan ermənilərə qarşı “genosid” siyasəti sürdüyünə görə ittiham edən rəsmi İrəvanın və onların havadarlarının iftiraları ilə üst-üstə düşür.

“Təəssüf doğuran faktdır ki, Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək Bəyanatını imzalamış siyasi partiyalar arsında AXCP, REAL və Müsavatın adı yoxdur.

Həqiqət ondan ibarətdir ki, bölgədə lokal xarakterli antiterror tədbirləri Azərbaycanın öz ərazisində Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilir. Bu hədəflər 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyanatının müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda ardıcıl olaraq törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

Bu, Azərbaycanın beynəlxalq normalara əsaslanan legitim hüququdur. Hazırda əməliyyat uğurla davam etməkdədir və əminik ki, son nəticədə Azərbaycan ordusunun qarşısında qoyulmuş bütün vəzifələr tam şəkildə yerinə yetiriləcəkdir.

Ona görə də hər zaman Azərbaycanın nüfuzuna zərbə vurmaq üçün fürsət güdən, ölkəmizin uğurlarına kölgə salmağa çalışan Kərimov Əli kimi radikal müxalifət təmsilçilərinin davranışları dövlətçiliyimizə zidd, antiazərbaycan davranışlarla səciyyələnən xəyanət kimi dəyərləndirilməlidir”, – deyə Ə.Hüseynli əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com