20 Sentyabr 2024 10:37

Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracının həcmi açıqlanıb

Azadsöz.az xəbər verir ki,  Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq, 72 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 11,8 faiz artaraq 9,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com