28 Noyabr 2024 04:50

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin sayı artırıldı-FƏRMAN

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılaraq 98 olub.

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Qeyd edək ki, əvvəlki ştat vahidi 88 idi.

Sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul