28 Noyabr 2024 09:49

Nazir rüşvətə görə məhkum edilən şəxsi direktor TƏYİN ETDİ – FOTO

Azadsöz.az xəbər verir ki, Tərtər rayonunda rüşvət və dələduzluq kimi əməllərdə təqsirli bilinərək məhkum edilmiş və cəza müddətini başa vurmuş Yaşar Məhərrəmov məktəb direktoru təyin edilib.

 Ötən il Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət vermədə iştirak) və 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il şərti cəzaya məhkum edilən Y.Məhərrəmov təhsil nazirinin əmri ilə Tərtər rayon Evoğlu kənd tam orta məktəbinə yeni direktor təyin edilib. O bu gün orta məktəbdə keçirilən tədbirlə birgə direktor kimi vəzifəsinin icrasına başlayıb.

Bildirilib ki, Y.Məhərrəmov bu məktəbdə 2006-2011-ci illərdə də direktor vəzifəsində çalışıb. O, müxtəlif vaxtlarda rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru, rayon Təhsil Şöbəsinin müdiri vəzifələrini də tutub.

Yaşar Məhərrəmov isə barəsində məhkəmənin çıxardığı hökmün tələbinin artıq ödənildiyini bildirib. O, Təhsil Haqqında Qanunun 36-cı maddəsinə əsasən müəyyən edilmiş hallarda cəzası ödənilmiş şəxsin sonradan pedoqoji fəaliyyətə davam etməsinin mümkün olduğunu əlavə edib. (Qafqazinfo)

Ankara escort İstanbul Travesti Shemale İstanbul