20 May 2024 12:56

Şəhid Nihad Namazov dəfn olundu -FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan Azərbaycan Ordusunun əsgəri  2005-ci il təvəllüdlü Nihad Namazovun nəşi doğulduğu Tovuz rayonunun Qovlar şəhər qəbristanlığında dəfn olunub.

 Mərasimdə hərbçilər, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nihad Namazov 3 aya yaxındır ki, Azərbaycan Ordusunda xidmət edirmiş. Onlar ailədə 6 uşaq olublar.

Ötən gün qəzada həlak olan <a href=maltepe escort hərbçi Tovuzda dəfn edilib” />