Azadsöz.az xəbər verir ki, sentyabr ayının 8-də Tbilisi Milli Arxivində güclü yanğın baş verib.
İçərisində köhnə filmlərin orijinallarının saxlandığı anbar yandırılıb.
Arxivdən bildirilib ki, onların hamısı rəqəmsallaşdırılıb, lakin orijinalları artıq mövcud deyil.
Yanğın tam söndürülüb, xəsarət alan olmayıb.
Yanğının səbəbi hələlik məlum deyil.