20 Sentyabr 2024 08:09

Sumqayıt və Ağsu Qaz İstismar idarələrinə yeni rəislər təyin edilib

Azadsöz.az xəbər verir ki, Sumqayıt Qaz İstismar İdarəsinin rəisi Vəli Sadıqov vəzifəsindən azad olunub.

O, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi təyin edilib.

V.Sadıqovun yerinə isə Zaqatala Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov təyinat alıb.

Məlumatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təsdiqləyib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com