08 May 2024 04:18

Fərqliliyimiz Uğurumuzdur

Göyçayın icra başçısı Mehdi  Səlimzadə şəhid Xudayar Yusifzadənin anasına “Göyçay” nişanını təqdim etdi-FOTOLAR

qAzadsöz.az xəbər verir ki, 21 sentyabr 2021 ci il tarixində Göyçayın  Üngütlü kəndində şəhid Fərid İlyas oğlu Nadirovun ad günü münasibəti ilə bulağın açılışı olub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhid anaları,  şəhidin yaxınları iştirak edib.Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabınına gedərək şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.Tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qonşunlarının Kiçik giziri, 44  günlük Vətən Müharibəsində şəhid olan Xudayar Müslüm oğlu Yusifzadənin anası Radə Yusifzadədə iştirak edib.

Göyçay rayon  İcra Hakimiyyətinin başçısı  Mehdi  Səlimzadə tədbirdə  çıxış  edərək  Vətən Müharibəsində  Azərbaycan  Ordusunun peşəkarlığından, torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğullarımızın  qəhrəmanlığından  danışıb. Azərbaycan xalqının böyüklüyünü, əzmkarlığını  vurğulayaraq, illər keçsə də, gələcək nəsillər tarix  yazan qəhrəmanlarımızı  hər zaman böyük minnətdarlıqla yad edəcəklərini qeyd edib.

Daha sonra rayon rəhbəri  şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadəni “Göyçay” nişanı ilə təltif etdiyini tədbir iştirakçılarının  diqqətinə çatdırıb.”Göyçay” nişanı icra  başçısı  tərəfindən  şəhid anasına  təqdim  olunub.Şəhidimizin anası Radə Yusifzadə  göstərilən yüksək ehtimada  görə, Göyçay rayon  İcra Hakimiyyətinin başçısı  Mehdi  Səlimzadəyə  minəttarlığını bildirib.

Qeyd edək ki, Xudayar Yusifzadə  2020-ci il sentyabrın 27-də  başlanan Vətən Müharibəsində  əvvəlcə  Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda  gedən  döyüşlərdə iştirak edib.Oktyabrın 22-də Zəngilan döyüşləri  zamanı Ağbənd istiqamətində şəhid olub.Bərdədə  Şəhidlər Xiyabanında dəfn olunub.Xudayar Yusifzadə ölümündən sonra Prezident  İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən,  “Azərbaycan Bayrağı” ordeni,  25.12.2020-ci il tarixli sərəncamına əsasən, “Zəngilanın azad olunmasına görə” medalı  ilə təltif edilib.

Xatırladaq ki, Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin  “Vətən yaxşıdır” şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda yayılıb. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində fenomenə çevrildi.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.