Azadsöz.az xəbər verir ki, iyunun 8-də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin sədrliyi ilə Operativ Qərargahın növbəti iclası keçirilib.İclasda hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və rayon üzrə Operativ Qərargahın üzvləri iştirak ediblər.
Rayon ərazisində koronavirus infeksiyasına qarşı görülən tədbirlər və vaksinasiya prosesinin gedişi barədə geniş müzakirə aparılıb.İclasda çıxış edən rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin Regional Şöbəsinin səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, Göyçay Mərkəzi məscidinin imamı Cavid Səfərov və digərləri infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dini ibadətlərin məhdud sayda və qaydalara uyğun həyata keçirilməsinin vacib olduğunu vurğulayıblar.
İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində mövcud qaydalara əməl edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.