26 Aprel 2024 20:23

Fərqliliyimiz Uğurumuzdur

Bakıda məhkəmə hakimi arvadını öldürdü-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  Bakıda məhkəmə hakimi arvadını öldürüb. Hadisə paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğundan araşdırma aparılır.

Xatırladaq  ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.