Azərbaycanın Hərbi Qənimətlər parkı Ermənistanda gərginlik yaradıb

By - Apr 18, 2021

Azadsöz.az  xəbər  verir  ki, Ermənistan mətbuatında və siyasi-ictimai dairələrində Bakının mərkəzində, hərbi qənimətlər parkında nümayiş olunan qənimətlər məyusluqla qarşılanıb. Onlar buna görə Nikol Paşinyanı günahlandırırlar.

Ermənistan mətbuatıında  qeyd  olunur  ki, Bakıda açılan hərbi qənimətlər parkında erməni əsgərlərin kuklaları da yerləşdirilib, onların hamısı debil və şizoidal simalardadır. “Azərbaycanlılar bu “sima”nı onlar tərəfindən diz çökdürülən, alçaldılan Nikoldan götürüblər.

Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Nazeli Vardanyan parlamentin iclasında çıxış edərək Azərbaycanda açılan, erməni hərbi qulluqçuların dəbilqələrinin yerləşdirildiyi parka toxunub.

Vardanyanın sözlərinə görə bu Azərbaycanın Ermənistana vurduğu sillə idi.

Ermənilərin fikrincə bu erməni tərəfini alçaltmağın növbəti onların dilində desək “mərasim”i idir. “Bu, erməni ruhunun son hissələrini əzməyə yönəlmiş “psixoloji hücumlardan” biridir”, – deyə ermənistan mətbuatı yazır.

By -

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir