26 Aprel 2024 17:18

Fərqliliyimiz Uğurumuzdur

Bakıda Nobel prospektinin adı dəyişdirildi

Azadsöz.az  xəbər  verir  ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu  gün  Nobel prospektinin adı dəyişdirilərək, “8 Noyabr” adı verilib.

Qeyd edək ki, bu gün ölkə başçısı Nobel prospektində yerləşən Hərbi Qənimətlər parkının açılışında iştirak edib. Gələcəkdə bu prospektdə “Zəfər” muzeyinin yaradılması planlaşdırılır.

Xatırladaq ki, 8 Noyabr ölkədə Zəfər günü kimi qeyd olunacaq.

Uzunluğu 10 kilometrdən çox olan Nobel prospekti son illərdə yenidən qurulub və əhəmiyyətli dərəcədə dəyişiklik edilib.