22 Noyabr 2024 04:09

Ermənistanın yeni təxribat hazırlığı – İrəvan eyni taktikanı seçdi (VİDEOMÜSAHİBƏ)

Azadsöz.az xəbər verir ki,          bu gün regionda baş verən gərginliyin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan bir tərəfdən sülh danışıqlarında iştirak etdiyini imitasiya edir, digər tərəfdən hərbi təxribatlara hazırlaşır. Yayılan məlumatlardan da görünür ki, Ermənistan Azərbaycanla şərti sərhəddə hərbi fəallığını artırmaqda davam edir.

Məsələ ilə bağlı  açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan həm Azərbaycanla sərhddə təxribat yaratmaqla, həm Azərbaycanın Qarabağ ərazisindəki separatçıları stimullaşdırmaqla, həm də beynəlxalq müstəvidə ölkəmizə qarşı yalan-böhtan kampaniyası təşkil etməklə prosesi uzatmağa cəhd göstərir.

“Əslində bütün dövrlərdə, o cümlədən Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyi ərzində Ermənistanda hakimiyyətdə olan digər şəxslər, o cümlədən müharibə caniləri Köçəryan və Sarkisyan dolayısı yolla eyni taktikadan istifadə edirdilər. Nə zaman ki, danışıqlar hansısa bir mərhələyə qədəm qoyurdu, müəyyən irəliləyişlər əldə olunurdu, o zaman həmin şəxslər təxribatlar törədirdi və prosesin sıfır nöqtəsinə qayıtmasına zəmin yaradırdılar”, – deyə E.Mirzəbəyli bildirib.

İstanbul trv istanbul travestileri