Azadsöz.az xəbər verir ki, Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.
Bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.
Eyni zamanda, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayevin sərəncamı ilə icra başçısının müavini Tural Quliyev işdən azad edilib.