Azadsöz.az xəbər verir ki, anonim şəxs hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının övladlarına gözlənilməz jest edib.
Kimliyinin açıqlanmasını istəməyən şəxs onun iki övladı Yusiflə Betülün oxuduğu məktəbin illik təhsil haqqını ödəyib.
Bu barədə meyxanaçının oğlu Yusif Əmirov bildirib:
“Çox adam bizim təhsilhaqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik”.
Xatırladaq ki, Rəşad Dağlı məhkəmədə açıqlaması zamanı övladlarının özəl məktəbdə oxuduğunu deyib. O ötən il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib. Daha sonra könüllü olaraq polisə təslim olub. Meyxanaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.