16 Sentyabr 2024 23:04

500-dən çox bal toplamış 13 nəfər universitetə qəbul olmayıb

Azadsöz.az xəbər verir ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 500-dən çox bal toplamış 13 abituriyent müsabiqədən kənar qalıb.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. 

IV ixtisas qrupu üzrə 400 baldan yüksək nəticə əldə edən 36 nəfər, IV ixtisas qrupu üzrə 500 baldan yüksək nəticə göstərən 13 nəfər müsabiqədən keçməyib. 

III ixtisas qrupu 300 baldan yüksək nəticə göstərən 56 nəfər də müsabiqədən kəsilib.