Azadsöz.az xəbər verir ki, Rusiyanın Xalq artisti Valeri Yeqorov vəfat edib.
Bu barədə Puşkin adına Kursk Dram Teatrının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aktyor uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Valeri Eqorov 13 yaşından karyerasına başlayıb. Aktyor ictimaiyyətin yaddaşında “Kiçik faciələr”, “Yubiley”, “Romeo və Cülyetta” kimi əsərlərdəki rolları ilə yadda qalıb.