Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə yola düşür.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya ictimaiyyətinə təqdim olunacaq, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupunun çıxışı və rəqs proqramları, “Arşın mal alan” filminin nümayişi keçiriləcək.
Həmçinin Mədəniyyət Nazirliyi nümayəndələri və Albaniya hökuməti rəsmiləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.