23 Noyabr 2024 04:16

Sərhəd –buraxılış məntəqəsinin strateji əhəmiyyəti

Azadsöz.az xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə 30 illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan düşmən üzərində əvvəlcə hərb meydanında və bunun ardınca siyasi diplomatik müstəvidə tam və qəti qələbə qazanaraq öz güc və iradəsini növbəti dəfə nümayiş etdirdi. Azərbaycan-Ermənistan sərhəddində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, aylı-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin edildi.

Laçına giriş istiqamətində Ermənistanla sərhəd-keçid məntəqəsinin yaradılması tarixi hadisədir, İkinci Qarabağ müharibəsindən sonra növbəti böyük Qələbəmizdir. Burada Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində ciddi addımın atılması deməkdir.

Laçın yolu həm də Ermənistan üçün siyasi məzar oldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması eyni zamanda qanunazidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır.

Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyətinə gəldikdə isə yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

Əlbəttə ki, hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü ilk növbədə həmin dövlətin sərhədlərinin toxunulmazlığı təmin edilir. O cümlədən öz sərhədlərinə tam nəzarəti həyata keçirmək Azərbaycanın da legitim hüququdur. Sərhədlərimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.

Bu məqamlar Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da öz əksini tapmışdır. Möhtərəm dövlət başçımız ölkəmizin prinsipial və ədalətli mövqeyini nümayiş etdirərək demişdir: “Azərbaycan-Ermənistan sərhəddində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsi ilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycan konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

Və sözsüz ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa zəfərindən sonra Azərbaycanın əldə etdiyi ən böyük hərbi-siyasi İkinci Qarabağ savaşından sonra regionda yaranmış yeni reallığın tərkib hissəsidir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirməklə yanaşı və eyni zamanda Qələbəmizin beynılxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu. Məntəqənin açılışı bu baxımdan bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir.

Tarixi sərhəddimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir. Digər tərəfdən hərbi-siyasi qələbənin təcəssümü olan “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul